Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın AZƏRTAC-a məxsusi müsahibəsi VİDEO

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın AZƏRTAC-a məxsusi müsahibəsi VİDEO

Bakı, 18 oktyabr, Loğman Kamranlı, AZƏRTAC

Azərbaycan Respublikasında səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ölkəmizə səfərinin yekunları ilə bağlı oktyabrın 16-da AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Prezident, artıq dörd gündür Azərbaycandasınız və istərdik səfərinizlə bağlı yekun təəssüratlarınızı öyrənək.

- Səfərimin çox yaxşı keçdiyini deyə bilərəm. Biz Azərbaycana nazirlərimiz, folklor qruplarımız, turizm agentliklərimiz və bir çox fərqli sahədən olan ümumilikdə 150-dən çox insanın daxil olduğu geniş heyətlə gəldik. Məqsədimiz Şimali Kiprin turizm imkanlarını və mədəniyyətini tanıtmaqdır. Dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçirdik. Ən əhəmiyyətlisi isə Prezident İlham Əliyevin məni qəbul etməsi və bir çox məsələləri müzakirə etməyimiz oldu.

Biz Şimali Kiprdə “bir millət, üç dövlət” deyirik. Azərbaycanın bu gün Türkiyə ilə çox güclü əlaqələri var. Biz də Azərbaycanın bütün uğurlarına sevinir və ölkənizi dəstəkləyirik. Xüsusilə Qarabağ Zəfəri və son günlərdə baş verən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam təmin olunduğunu bütün dünya gördü. Mən bu münasibətlə Prezident, Ali Baş Komandan İlham Əliyevi, onun silahdaşlarını və Azərbaycan Silahlı Qüvvələrini bir daha ürəkdən təbrik edirəm. Bu, böyük Zəfərdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin və onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə çox ciddi inkişaf yolu keçib. Biz Oğuz türkləri olaraq tarixi, mədəni və mənəvi köklərlə bir-birimizə bağlıyıq. Bu əlaqələrin daha da güclənməsi və gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün Türk Dövlətləri Təşkilatının bütün türk dövlətlərini birləşdirməsi və aramızda iqtisadi, ticari, mədəni əlaqələrin gücləndirilməsi məsələləri bütün görüşlərimizdə nəzərdən keçirildi.

Azərbaycanda qardaşlıq və sevgi gördük. Bu gün geri qayıdarkən Şimali Kiprə buradan çoxlu salam və sevgi aparıram. Coğrafi baxımdan bir-birimizdən uzaq olsaq da, texnologiya əsri bu məsafələri aradan qaldırır.

- Cənab Prezident, Siz ölkəmizdə səfərdə olduğunuz müddətdə - ötən gün Azərbaycanda tarixi hadisə yaşandı. Azərbaycan Prezidenti Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Bayrağımızı ucaltdı. Bu barədə fikirləriniz maraqlı olardı.

- Qürurverici hadisədir. Cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü günündə Azərbaycan Bayrağının Xocalıda və digər şəhərlərdə ucaldılması və bunun mənim səfərim müddətində baş verməsi məni çox xoşbəxt etdi. Bizim üçün də Şimali Kiprdə bayrağımızın daim dalğalanması çox vacibdir. Bir ay əvvəl bizim daxili işlər nazirimizin də qatıldığı iclasın iştirakçılarını qəbul edərkən cənab İlham Əliyev bildirdi ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanacaqdır. Onun bayrağa verdiyi dəyər çox yüksəkdir. Bu, Şimali Kiprdə də belədir. Çünki bayraq bizim milli dəyərlərimizin, milli iradəmizin, müstəqilliyimizin və suverenliyimizin atributudur. Azərbaycanın hər yerində Türkiyə bayraqlarını gördüm. İki türk dövlətinin bu yaxınlığı, Şuşa Bəyannaməsinin imzalanması ilə qurulan müttəfiqlik çox əhəmiyyətlidir. Bu əlaqələr Şimali Kipr ilə Türkiyə, həmçinin bizim qardaş ölkə adlandırdığımız Azərbaycanla da inkişaf edir. Odur ki, belə vacib bir hadisənin mənim səfərimə təsadüf etməsi səfərimi daha da dəyərli etdi.

- Cənab Prezident, Bakıda keçirdiyiniz mətbuat konfransında Azərbaycanla Şimali Kipr arasında turizm və tələbə mübadiləsinin tərəfdaşlıq əlaqələrində əsas olduğunu bildirdiniz. Maraqlıdır, hazırda Şimali Kiprdə neçə azərbaycanlı tələbə var? Sizdə dəqiq say varmı?

- Uzun illər ərzində Azərbaycandan minlərlə tələbə Şimali Kiprdə təhsil alıb. Son illər bu rəqəm bir qədər azalıb. Bunun fərqli səbəbləri var. Ancaq deyə bilərəm ki, hazırda Şimali Kiprdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır və çoxlu sayda da azərbaycanlı müəllim işləyir. Bizdə Azərbaycanla bağlı bir çox tədbirlər keçirilir və çoxlu sayda incəsənət xadimləri, rəssamlar Şimali Kiprə gəlib-gedirlər. Cənab İlham Əliyev söhbətimiz əsnasında mənə daha çox azərbaycanlı tələbənin Şimali Kiprdə təhsil almasını istədiyini bildirdi. Mən də bunu istəyirəm. Düşünürəm ki, bizdən də tələbələr buraya gəlib təhsil almalıdırlar. Tələbələrlə yanaşı, müəllim mübadiləsi də təşkil oluna bilər. Artıq Şimali Kipr daha əlçatandır. Türkiyənin istənilən hava limanından Şimali Kiprin “Ercan” hava limanına hər gün səfərlər təşkil olunur, yəni 3 saat ərzində bu yolu qət etmək mümkündür. Düşünürəm ki, siyasi təmaslar artdıqca turizm və təhsil sahələrində də əlaqələr, eləcə də aramızdakı bağlar daha da güclənəcək.

- Cənab Prezident, Azərbaycan ilə Şimali Kipr arasında ticarətin inkişafı üçün potensialı necə qiymətləndirirsiniz?

- Bizim üçün ən vacibi turizm və təhsil sahələridir. Çünki Şimali Kipr ada iqtisadiyyatı üzərində qurulub. Mən burada kənd təsərrüfatı ilə məşğul olan insanlar gördüm, bizim məhsullarımızı burada bazara çıxara biləcək insanlar gördüm və düşünürəm ki, zamanla müxtəlif sahələrdə müştərək işlər görülə bilər.

- Cənab Prezident, bu səfər əsnasında yeni əməkdaşlıq sahələri üzrə söhbətlər aparıldımı?

- Mənim səfərim əsasən siyasiyönümlüdür. Prezident İlham Əliyevin bizə verdiyi dəstək, onun çıxışları, Şimali Kipr həqiqətlərinin bütün dünyaya çatdırılmasında cənab İlham Əliyev kimi bir dünya liderinin verdiyi açıqlamalar bizim üçün çox vacibdir. Bizim yanımızda, əlbəttə ki, “Ana vətənimiz” adlandırdığımız Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan var. Lakin cənab İlham Əliyevin də dünyada nüfuzu çox böyükdür, o, son 20 ildə Azərbaycana böyük uğurlar qazandırıb. Onun da Şimali Kiprə dəstəyinin bütün dünya üçün təsirli olacağını düşünürəm. Çünki bizim buradakı görüşlərimiz Şimali Kipr türklərinin haqlarının müdafiə olunmasına böyük dəstək verir. Artıq bütün dünya düşünür ki, Türkiyə ilə bərabər Azərbaycan da Şimali Kipr türklərinin yanındadır. Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında bizə dost olan çox ölkə var. Lakin Qərb dünyası bölgədəki yunanların təsiri ilə əlaqədar bizimlə əməkdaşlıq etməkdən çəkinir. Onların bu həmrəyliyi tarixlərindən gəlir, ancaq bizim də həmrəyliyimiz yenə bizim tariximizə və mədəniyyətimizə söykənir. Bu mənada cənab İlham Əliyevin bizi müdafiə etməsi bizim üçün çox vacibdir və dəyərlidir. Bizim bu səfərimiz tarixi səfərdir. Biz burada böyük dəstək gördük və bu dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycan xalqına minnətdarıq.

- Cənab Prezident, Türk Dövlətləri Təşkilatının bir müddətdir müşahidəçi üzvüsünüz, son olaraq bu barədə də fikirlərinizi öyrənmək istərdik.

- Bir il öncə Səmərqənddə 9-cu dövlət başçıları səviyyəsindəki görüşdə müşahidəçi üzv kimi yekdilliklə qəbul edildik. Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük rolu vardı. Bu, tarixi hadisə idi. Şimali Kipr bir türk dövləti olaraq oradadır. Bəzi fərqli düşüncələr ola bilər, “Kiprdə təkcə Kipr Respublikası var”, “Türklər separatçıdır” deyərək bizə qarşı ədalətsiz davranışlar sərgilədilər. Ancaq onlar bilməlidirlər ki, biz ayrı bir dövlətik. Dili, dini, irqi, keçmişi, mübarizəsi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə ayrıca bir millətik. Bu millət isə öz dövlətini qurub. O dövlət demokratik, müasir, Türkiyənin tanıdığı bir dövlətdir. Şimali Kipr xalqı üçün öz torpağında yaşaması vacib, həyati önəm kəsb edir. Əks halda, Şimali Kipr xalqı yox olar. Şimali Kipr Türk Cümhuriyyəti dediyimiz ərazidən 60 il əvvəl bizi silah gücü ilə çıxaranlara, bizə qarşı qətliam törədənlərə, bizi çadırlarda yaşamağa məcbur edənlərə qarşı mübarizə apararaq, Türkiyəmizin də dəstəyi ilə dövlət qurduq və 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra Kiprdə sülhə nail olunub. Bu sülhdən türklər də faydalanıblar, lakin yunanlar daha çox fayda görüblər. Çünki cənubda türk əsgəri sülh gətirdiyi üçün Cənubi Kipr dövləti bütün dünyanın da dəstəyi ilə iqtisadi cəhətdən çox faydalanıb və inkişaf edə bilib. Ancaq onlar bölgədə məhz sülh olduğu üçün inkişaf edə bildilər. Əgər müharibə olsaydı, heç vaxt bu qədər inkişaf olmazdı. 1974-cü ildə türk əsgərinin gəlişi ilə adada bərqərar olunan sülhün davam etdirilməsi çox vacibdir.

Biz hazırda yeni bir siyasətə start vermişik. Bu gün İsraildə və Fələstində baş verənlər göstərir ki, əslində, dünya bu cür məsələləri həll etməkdən nə qədər uzaqdır. Belə ki, Kiprə baxacaqlar, Kiprdəki həqiqətlərə baxacaqlar, 60 ildir Kiprdə iki dövlət var. Bu iki xalq 60 ildir ayrı yaşayır. Heç kəs bizi birləşdirməyə cəsarət etməsin, çünki bu, doğru deyil. Birləşərsə, yenidən qan tökülər. Sülhün davam etməsi üçün mütləq türk əsgəri orada olacaq, ordu orada olacaq. Türkiyənin təminatı davam edəcək. Belə olduğu halda sülh əbədiyyətə qədər davam edər. Ona görə də Türkiyənin bizim yanımızda olması həyati əhəmiyyət daşıyır.

- Cənab Prezident, müsahibə üçün vaxt ayırdığınıza görə çox təşəkkür edirik.

- Bütün Azərbaycan xalqına bir daha təşəkkür edirəm. Şimali Kipr Türk xalqı Azərbaycan xalqı ilə qardaş xalqdır. Sizin mübarizəniz, Qarabağ Zəfəriniz bizi çox sevindirib. Şimali Kipr xalqı hər zaman sizin yanınızdadır. Xalqımızın sevgisini bir daha sizlərə çatdırıram.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın AZƏRTAC-a məxsusi müsahibəsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb