Şimali Koreya qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini bildirib
Bakı, 17 mart, AZƏRTAC
Şimali Koreya “Hwasong-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Koreya səsi" radiostansiyası məlumat yayıb.
“ABŞ və Cənubi Koreyan qüvvələrinin Şimali Koreyaya qarşı keçirdikləri təxribatçı və aqressiv genişmiqyaslı hərbi təlimlər səbəbindən Koreya yarımadasında ən qeyri-sabit vəziyyət yaranır. Bu şəraitdə Koreya İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyası “Hwasong-17” seriyalı qitələrarası ballistik raketin buraxılışını keçirmək qərarına gəldi” - məlumatda bildirilib.
Qeyd olunub ki, raketin buraxılışı üzrə təlimlərə Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Bundan əvvəl “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını bildirmişdi. Təxminən ballistik raketin buraxılması faktını Yaponiyanın dəniz təhlükəsizliyi xidməti də təsdiqləyib.
Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəyi də bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]