ŞİMALİ KOREYADA DAŞQIN ÇOXSAYLI QURBANLARA SƏBƏB OLMUŞDUR
Şimali Koreyanın rəsmi KİV-ləri bu daşqını son 100 ildə ən güclü daşqın adlandırırlar. Onlar, həmçinin, etiraf edirlər ki, həlak olanların sayı bir neçə yüz nəfərə çata bilər.
Eyni zamanda, BMT-nin məlumatına görə, daşqın nəticəsində təxminən 60 min şimalı koreyalı evsiz-eşiksiz qalmışdır. Bundan əlavə, təbii fəlakət böyük çəltik və kartof əkini sahələrini məhv etmişdir. Bu, ölkədə ərzaqla bağlı vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Xatırladaq ki, ötən əsrin 90-cı illərində burada, demək olar, 2,5 milyon adam, yaxud əhalinin 10 faizi acından ölmüşdür.
Pxenyan BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbərliyinə məlumat vermişdir ki, onun beynəlxalq yardıma ehtiyacı yoxdur. KXDR-in hökumət orqanları Cənubi Koreya Qırmızı Xaç Təşkilatının daşqın qurbanları üçün təklif etdiyi humanitar yüklərdən də imtina etmişlər. Pxenyada bildirirlər ki, ölkə daşqının nəticələrini öz qüvvələri ilə aradan qaldıra biləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]