Şimali Makedoniya sabiq Baş nazirin müsadirə olunmuş əmlakını satacaq
Skopye, 25 fevral, AZƏRTAC
Şimali Makedoniyada keçmiş Baş nazir Nikola Gruevskinin müsadirə olunmuş əmlakı satışa çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, sabiq Baş nazirin və onun gizli polis rəisi Saso Miyalkovun müsadirə olunmuş aktivlərinin satışından ümumilikdə 29 milyon avro gəlir əldə edilməsi gözlənilir.
Şimali Makedoniyanın Müsadirə edilmiş Aktivlərin İdarə Edilməsi üzrə Agentliyindən bildirilib ki, nüfuzlu məhəllələrdə yerləşən mənzillər, tikinti sahələri və digər daşınmaz əmlaklar tezliklə hərracda satışa çıxarılacaq.
Qeyd edək ki, Nikola Gruevski 2006-2016-cı illərdə Şimali Makedoniyanın Baş naziri olub və dəbdəbəli limuzinin qanunsuz alınmasına görə iki il həbs cəzası çəkməmək üçün 2018-ci ildə Macarıstana qaçıb. Məhkəmə daha sonra onun 12 il həbs cəzasına məhkum edilməsinə qərar verib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]