Şimali Qafqaz regionunda güclü külək və leysan nəticəsində dağıntılar baş verib
Moskva, 5 iyun, AZƏRTAC
Rusiyanın Şimali Qafqaz regionunda güclü külək nəticəsində dağıntılar baş verib, bir nəfər ölüb, 20-dən çox adam xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Şimali Qafqaz regionunda qasırğa binaların damını dağıdıb, ağacları kökündən çıxarıb. On minlərlə ev işıqsız qalıb.
Şimali Osetiya, Çeçenistan, Kabardino-Balkariya, İnquşetiyada küləyin sürəti daha intensiv olub. Kabardino-Balkariya Respublikasında ağacın avtomobilin üstünə düşməsi nəticəsində bir nəfər ölüb. Çeçenistanda 23 nəfər, o cümlədən 9 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Təbii fəlakət bir çox regionda əhalini işıqsız qoyub. Hazırda qasırğa və leysanın regiona vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.
Meteoroloqların proqnozlarına görə, yaxın vaxtlarda Şimali Qafqazda yenidən leysan və qasırğa olacağı gözlənilir. Qeyri-sabit hava şəraitinin həftənin sonunadək davam edəcəyi ehtimal olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]