Sinoptiklərdən xəbərdarlıq: Yağış, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq
Bakı, 16 fevral, AZƏRTAC
Sinoptiklər yağıntılı və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, fevralın 18-dən 19-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Bundan əlavə, fevralın 18-i axşamdan 19-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 17-18-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:45]
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:59]