SİNQAPUR TƏLƏBƏLƏRİNƏ HAKER USTALIĞININ ƏSASLARINI ÖYRƏDİRLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Sinqapur Dövlət Politexnik Kollecində haker (kompüter təxribatçısı) ustalığı kursundan dərslər keçilməyə başlanmışdır. 600-dək tələbə bu fənni icbari qaydada öyrənəcəkdir. Yeni hakerlər üçün ilk əməli məşğələlərdən biri kollecin kompüter şəbəkəsini dağıtmaqdan ibarət olacaqdır. Qiymət almaq üçün şəbəkəni yarım saata sıradan çıxarmaq lazımdır.
Bu kursu aparan müəllimlərdən biri demişdir ki, “oğrunu yaxalamaq üçün onun necə işlədiyini bilmək gərəkdir”. Buna görə də o, tələbələrinə kompüter şəbəkələrini dağıtmağın bütün məlum üsullarını öyrətmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]