ŞİRİYEVLƏR - ARIÇILAR AİLƏSİ
AZƏRTAC xəbər verir ki, Ərkivan kəndində yaşayan Şiriyevləri bu bölgədə hamı arıçılar ailəsi kimi tanıyır. Telman Şiriyev ömrünün 40 ilini bu peşəyə həsr edib. 48 arı ailəsinə xidmət göstərir. Qardaşı Qurban Şiriyev, bacısı Qönçə Şiriyeva, ailənin digər üzvləri arı saxlayırlar.
Telman Şiriyev deyir ki, həyətimizdə həmişə arı olub. Arıçılıq çox vacib və gəlirli sahədir. Ata-babalarımız balı min bir dərdin dərmanı adlandırıblar. Hər arı ailəsindən ildə 17-18 kiloqram bal götürürəm. Arı ailələrinin sayını ildən-ilə artırıram. Ailəmizin bütün üzvləri arıçılıqla məşğuldur. Bal istehsalını artırmaq üçün bundan sonra da bütün imkanlardan istifadə edəcəyəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:12]
Süni intellekt üzrə 5 dövlət standartı qəbul edilib
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]