ŞİRKƏT 3 BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi” layihəsi çərçivəsində bp-nin əsas podratçılarından olan MakDermott Kaspian Kontraktorz, İnk. şirkəti İSO və OHSAS standartları üzrə eyni vaxtda 3 sertifikata layiq görülmüşdür. Şirkətin fəaliyyətini hərtərəfli yoxlayan “Bureau Veritas” təftiş qrupu belə nəticəyə gəlmişdir ki, MakDermott şirkətinin həm dənizdə, həm də quruda apardığı mühəndis-layihə, tikinti işləri keyfiyyətin idarə olunması (İSO 9001:2000), ətraf mühitin idarə olunması (İSO 14001:2004), istehsalat sağlamlığının və təhlükəsizlik texnikasının idarə olunması (OHSAS 18001:99) üzrə dünya standartlarına tam cavab verir.
İlk dəfə olaraq belə yüksək göstəriciyə nail olan MakDermott şirkəti Xəzərdəki “Azəri”, “Gıraq” yataqlarının və “Günəşli” yatağının dərin hissəsinin işlənməsi üzrə birləşmiş göyərtələrin inşasını, sualtı boru kəmərlərinin tikintisini həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]