Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 60 şagird fənn olimpiadalarının finalına vəsiqə qazanıb
Bakı, 6 mart, AZƏRTAC
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə 60 şagird respublika fənn olimpiadalarının finalında iştirak etmək hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadaların final mərhələsinə Şirvan rayonu üzrə 25, Neftçala rayonu üzrə 16, Biləsuvar rayonu üzrə 8, Salyan rayonu üzrə 7, Hacıqabul rayonu üzrə 4 şagird vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]