Şirvanda "Əngəl olma, dəstək ol!" adlı tədbir təşkil olunub
Şirvan, 4 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan Reabilitasiya Mərkəzində 3 Dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Gününə həsr olunan "Əngəl olma, dəstək ol!" adlı tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə fiziki məhdudiyyətli şəxslər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər fiziki məhdudiyyətli insanlara dövlət qayğısından söhbət açıb, bu günün əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə mərkəzin solistləri və "Şirvan" rəqs ansamblının üzvləri tərəfindən musiqi və rəqs nömrələri təqdim edilib, Şirvan Folklor Evində fəaliyyət göstərən aktyorluq dərnəyinin təqdimatında səhnəciklər nümayiş olunub.