Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Şirvan, 18 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]
Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]