Skopyedə Olimpiya festivalı öncəsi ilk iclas keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan idmançıları artıq Şimali Makedoniyanın Skopye şəhərində yerləşiblər.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, komandamızın üzvləri onlar üçün ayrılmış hoteldə məskunlaşıb və yarışlar öncəsi son hazırlıqlara başlayıblar.
Bu gün Skopyedə nümayəndə heyətinin iştirakı ilə ilk iclas keçirilib.
Görüşdə Azərbaycanın Skopye-2025-dəki missiya rəhbəri, Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev çıxış edərək məşqçilərə və idmançılara qarşıdakı yarışlarla bağlı ətraflı məlumat verib.
İclas zamanı turnirin proqramı, yarış qaydaları, davranış prinsipləri və bir sıra vacib məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan komandası Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq festivalda ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]