Slovakiya və Polşa Ukraynaya “MiQ-29” qırıcıları göndərməyə hazırlaşır
Bratislava, 9 mart, AZƏRTAC
Slovakiya Polşa ilə birlikdə Ukraynanı “MiQ-29” qırıcı təyyarələri ilə təmin etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Nazir qeyd edib ki, bununla bağlı polşalı həmkarı ilə Stokholmda görüşü olub: “Polşa rəsmi şəkildə “MiQ-29” qırıcılarının birlikdə Ukraynaya tədarükünə razılıq verib”.
Yaroslav Nad tədarükün konkret vaxtını açıqlamayıb, lakin bu məsələdə vaxt itirməməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Slovakiya ötən ilin payızından “MiQ-29” qırıcılarının istifadəsini dayandırıb. Səbəb kimi bu tip təyyarələrin artıq köhnəlməsi göstərilib. Slovakiya tərəfi döyüş qabiliyyətli 10 qırıcının Ukraynaya verilməsini nəzərdən keçirir. Bunun əvəzində isə Almaniya və ya digər NATO ölkələrindən kompensasiya gözləyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]