S.NİYAZOV RUSİYA ÜÇÜN TÜRKMƏNİSTAN QAZININ QİYMƏTİNİ ARTIRMAĞI TƏKLİF ETMİŞDİR
Dövlət başçısı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı demişdir: “Gəlin, 2006-cı ildən qazın qiymətini 44 dollardan 50 dollara, sonra isə 60 dollara qaldıraq. 2007-ci ilədək qazın 44 dollara satışı barədə Rusiya ilə razılığa gəlinmişdir. Siz MDB ölkələri üçün qazın qiymətini 150-180 dollara çatdırmaq niyyətindəsiniz. Biz isə 44 dollara satırıq. Orta qiymət çıxarsaq, onda gərək mən 1 min kubmetri sizə 80 dollara satam”.