Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR AQŞ-nin təşəbbüsü və təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş vebinar keçirilib

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə neftçilər, ziyalılar, deputatlar, səfirlər və istedadlı gənclər bir araya gəliblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, mayın 28-də SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə “Qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyəti: 102-ci yubileyin mübarək!” adlı vebinar təşkil olunub. İlk olaraq, virtual tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər. Tədbir iştirakçılarını salamlayan SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev bildirdi ki, COVID-19 pandemiya dövründə SOCAR AQŞ mütərəqqi virtual ofis sistemləri vasitəsilə dənizdə, quruda, istehsalat sahələrində çalışan, evdə olan bütün əməkdaşlarını və cəmiyyətimizin tanınmış ziyalılarını bir araya gətirərək Respublika Gününü qeyd edir: “Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi və milli dövlətçilik şüurumuzun zənginliyinin və gücünün təntənəsi idi. Azərbaycanın dahi fikir adamları XIX əsrdə və XX əsrin əvvəlində fədakarlıqla çalışaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını işləyib hazırladılar və nəticədə 1918-ci ilin 28 may tarixində demokratik respublikamızın qurulmasına nail oldular. Bu şanlı tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirərək onun heç vaxt işğalla barışmayacağına ciddi zəmin yaratdı. Bu gün gənc nəslin Respublika Gününü xüsusi coşğu ilə qeyd etməsi hər birimizdə iftixar hissi doğurur və dövlət müstəqilliyimizin əbədi olacağına əminlik yaradır!’’.

Vebinarda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Sabir Rüstəmxanlı və Anar İsgəndərov panel müzakirəsində çıxış edərək Azərbaycan Demokratik Respublikasının qət etdiyi şanlı tarixdən geniş söhbət açdılar.

Deputat M.İbrahimqızı çıxış edərək bildirdi ki, Cümhuriyyət banilərinin apardığı xarici siyasət sayəsində Paris Sülh konfransının iştirakçı dövlətləri Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldu: “Beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmağımız sonradan Azərbaycanın SSRİ-nin tərkibində respublika kimi mövcud olmasına da şərait yaratdı. Əks təqdirdə, biz bu gün Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan kimi muxtar subyektlərindən biri idik”.

Millət vəkili Q.Paşayeva çıxış edərək Cümhuriyyət liderlərinin fədakarlığı, siyasi iradəsi və vətənpərvərliyi ilə ərsəyə gələn tarixi uğurlardan geniş söhbət açdı: “Bu gün bizdən çox şey asılıdır: biz özümüz tariximizi necə bilirik və onu gənc nəslə necə öyrədirik. Hər bir AXC liderinin həyat və fəaliyyəti dərindən öyrənilməli və şövqlə aşılanmalıdır. Mən Cümhuriyyət bağının yaradılması təklifi ilə tez-tez çıxış edirəm. Əminəm ki, belə bir bağ xalqımız üçün müqəddəs yerlərdən birinə çevriləcəkdir!”.

Daha sonra çıxış edən görkəmli ziyalımız S.Rüstəmxanlı 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının qəbul olunmasının lehinə səs verən deputatlardan biri olduğundan qurur duyduğunu və bu gün dinamik inkişaf edən müstəqil Azərbaycanda yaşamağından çox xoşbəxt olduğunu bildirdi: “AXC-nin bərqərar etdiyi demokratik dəyərlər sistemi, dövlət quruculuğu ənənəsi bütün türk-müsəlman dünyasına verilən böyük töhfədir. Bu şərəfli tarixi bizlərə yaşatdığına görə Cümhuriyyət banilərinə sonsuz ehtiramımızı hər an sərgiləməliyik!”.

AXC tarixini araşdıran tədqiqatçı, tarix elmləri doktoru, professor, millət vəkili A.İsgəndərov geniş təqdimatla çıxış edərək bir çox maraqlı faktları tədbir iştirakçıları ilə bölüşdü: “Cəmi 23 ay ömür sürən AXC tariximizə onlarla ilklər bəxş etdi. İstiqlal Bəyannaməsı siyasi sənəd kimi neçə millətlərə nümunə oldu, 11 fraksiyadan ibarət parlamentdə milli azlıqlara iştirak hüququ verildi, qadınlara seçki hüququ verildi, hər bir vətəndaşa milli sərvətlərdən istifadə təminatı verildi, ictimai xidmətlər hər kəs üçün əlçatan oldu!’’.

Millət vəkili H.Babaoğlu çıxış edərək bildirdi: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın zəngin dövlət quruculuğu ənənəsi var. Xalq Cümhuriyyətinin siyasi varisi olaraq, 23 ayda yarımçıq qalmış ideyaları bu gün müstəqil Azərbaycan dövləti uğurla həyata keçirməkdədir”.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri cənab Erkan Özoral və Türk Dövlətlərinin Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc Azərbaycan xalqını Cümhuriyyət günü münasibətilə təbrik edərək bir millət, iki dövlət devizinin önəmindən irəli gələn əzəli və əbədi qardaşlıqdan danışdılar.

Vebinarın 2-ci hissəsində şanlı tariximizin gənc nəslə aşılanması istiqamətində aparılan işlərdən söhbət açıldı. Budəfəki tədbirə qoşulan Ankara Ali Kuşçu adına ibtidai məktəbinin 3-cü sinif şagirdləri dahi Azərbaycan şairləri Səməd Vurğunun və Məmməd Arazın şeirlərindən ibarət maraqlı kompozisiya ilə çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik etdilər. Tədbirdə həmçinin SOCAR AQŞ-də çalışan işçilərin övladları arasında keçirilən “Şanlı Cümhuriyyətim mənim!” adlı rəsm müsabiqəsinin qaliblərinin əl işlərinin virtual nümayişi keçirildi.

Tədbirin sonunda yekun nitqi söyləyən baş direktor R.İsayev bildirdi ki, bugünkü təqdimatlar sübut edir ki, 28 may tarixi doğrudan da bütün bayramlarımızın zirvəsində yer alan qəhrəmanlıq salnaməsidir və İnsanlara Hürriyyət, Millətlərə İstiqlal maarifçi-insanpərvər dünyagörüşü ilə millətimizi inkişafa doğru aparır. Biz əminik ki, “Bir daha yüksələn bayraq bir daha enməyəcəkdir!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub