SOCAR-ın Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu başlanıb
Bakı, 23 iyun, AZƏRTAC
SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə “aparatçı” və “nasos qurğusu maşinisti” peşələri üzrə sənəd qəbulu elan edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər 2016-ci il iyunun 30-dək qəbul ediləcək. Qəbul haqqında suallara [email protected] elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [13:22]
“Əmir Teymur” filmi Laçın Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək
- 24.08.2026 [13:05]
Laçın Beynəlxalq Film Festivalı başlayıb
- 24.08.2026 [11:32]
Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ VİDEO
- 24.08.2026 [11:13]