SOCAR-TPAO əməkdaşlığı çərçivəsində birgə təlim keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
SOCAR və “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq uğurla davam etdirilir.
AZƏRTAC SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, tərəfdaşlıq çərçivəsində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ekspert təlimçisi tərəfindən TPAO əməkdaşları üçün “Qazma prosesi zamanı quyulara nəzarət” və “İki lüləli quyuların əsaslı və yeraltı təmirində əməliyyatların sürətləndirilməsi və asanlaşdırılması üsulları” mövzularında beş günlük intensiv təlimlər keçirilib.
Layihə, SOCAR və TPAO arasında insan kapitalı sahəsində qarşılıqlı öyrənmə və inkişaf təşəbbüslərinin davamlılığını təmin etməklə yanaşı, enerji sektorunda bilik və təcrübə mübadiləsinə töhfə vermək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]