Solo kapoeyra üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib
Bakı, 10 mart, AZƏRTAC
Solo kapoeyra üzrə açıq Bakı turnirinə yekun vurulub.
Azərbaycan Kapoeyra Federasiyasından (AKF) AZƏRTAC-a bildiriblər ki, onlayn formatda təşkil olunan yarış Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və AKF tərəfindən təşkil olunub.
Yarışda bölgələrdən də olmaqla 50-yə yaxın idmançı mübarizə aparıb.
BŞGİBİ-nin rəisi Raqif Abbasov və AKF-nin prezidenti Günel Muradova turnir iştirakçılarına videomüraciət ünvanlayaraq onlara uğurlar arzulayıblar.
Yarışın qalibləri hakimlərin verdikləri qiymətlər əsasında müəyyənləşib.