Somali ilin sonuna kimi tarixində ilk dəfə neft hasil edəcək
Bakı, 17 fevral, AZƏRTAC
Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Somalinin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat verib.
Nazirin sözlərinə görə, ilk neftin Qalmuduq ştatı, ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan hasil ediləcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın “Coastline Exploration” şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:21]
Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]