Son gündə Qırğızıstanda 556 nəfər koronavirusa yoluxub
Bişkek, 7 noyabr, АZƏRTAC
Son gün ərzində Qırğızıstanda COVID-19-a yoluxma sayı yenidən artıb. Əgər dünən bu rəqəm 439 olmuşdursa, bu gün 556-ya çatıb və pandemiya dövründə 62 min 304 nəfər təşkil edib.
AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son 24 saatda 551, ümumiyyətlə isə 53 min 406 xəstə sağalıb.
Son sutkada virusdan 2 xəstə həyatını itirib, ölənlərin sayı 1172 nəfərə çatıb.
Qeyd edilir ki, xəstəxanalarda 3 min 445, ev şəraitində 3 min 645 pasiyent müalicə olunur.
Bildirilir ki, son gündə 5, ümumiyyətlə 3 min 640 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 410-u sağalaraq evə buraxılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]