Son günlər yağan leysan yağışlar bəzi çaylarda daşqın törətmişdir
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 13-də Qax rayonunun İlisu kəndinə yağan leysan yağışı nəticəsində Kürmükçay və Hamamçaydan qısamüddətli daşqın keçmişdir. Eyni zamanda, İsmayıllı rayonunun ərazisindən axan Əyriçayda və Balakən-Şəki bölgəsindəki Qanıx çayında suyun səviyyəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 75-115, Kiçik Qafqazda 75-125, Lənkəran-Astarada 110-225, Naxçıvan MR çaylarında isə 118 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində saniyədə 445 kubmetr su axmışdır.
Çayın aşağı axınındakı bütün məntəqələrdə, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]