Son illərdə Azərbaycanda vəkillərin sayı 3 dəfə artıb
Bakı, 18 dekabr, AZƏRTAC
Son altı ildə 14-cü dəfədir ki, Vəkillər Kollegiyasına yazılı test imtahanı keçirilir. İndiyə qədər 5500-ə yaxın hüquqşünas vəkilliyə qəbul imtahanında iştirak edib. Onlardan 1800-ü uğur əldə edib və bu gün vəkil kimi fəaliyyət göstərirlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətin sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, son illər ölkəmizdə vəkillik peşəsinə böyük maraq var: “Gənc hüquqşünaslar, bir qayda olaraq, vəkil olmağı arzulayırlar, kütləvi şəkildə vəkilliyə sənəd verirlər. Aparılan işlərin nəticəsidir ki, ölkədə vəkillərin sayı son illər ərzində 3 dəfə artıb. 2500-dən çox hüquqşünas vəkil kimi fəaliyyət göstərir. Bundan sonra da ildən-ilə vəkillərin sayı artacaq, Azərbaycan Respublikası vətəndaşlarının hüquqi yardıma əlçatanlığı təmin olunacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]