Son sutkada Misirdə COVID-19-dan 84 nəfər vəfat edib
Qahirə, 18 iyun, AZƏRTAC
İyunun 17-də Misirdə daha 84 pasiyent COVID-19 virusunun qurbanı olub. Bu ölkədə yeni növ koronavirusdan həyatını itirənlərin sayı 1850 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 17-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Qeyd olunub ki, son sutkada ölkədə yeni növ koronavirusa 1363 yoluxma qeydə alınıb, ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların ümumi sayı 49 min nəfərdən çoxdur.
Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində Misirin karantin xəstəxanalarında 411 pasiyent sağalıb, xəstəlikdən şəfa tapanların sayı isə 13 min nəfərdən çoxdur. Sağalanların 650-si uşaqlar, pasiyentlərin 45 faizi isə qadınlardır.
Nazirliyin rəsmisi bildirib ki, Yaponiya hökuməti Misirə COVID-19-un müalicəsində effektli olan “Avigan” preparatını hədiyə edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]