Son sutkada Misirdə COVID-19 virusundan 36 nəfər həyatını itirib
Qahirə, 4 iyun, AZƏRTAC
Misirin Səhiyyə Nazirliyi iyunun 3-də yeni növ koronavirusla bağlı son vəziyyəti açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1079 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 28 615 nəfərə çatıb. O əlavə edib ki, iyunun 2-də Misirdə daha 36 insan yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1088 nəfərdir. Bundan başqa, sutka ərzində 523 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 7350 nəfərə çatıb.
Səhiyyə Nazirliyi bildirib ki, hazırda 5400 nəfər koronavirus xəstəsi ev şəraitində müalicə olunur, onlara lazımi dərmanlar və tibbi ləvazimat çatdırılır.
Yeni növ koronavirus pandemiyası ilə mübarizədə Misirə yardım məqsədilə Kanada hökuməti BMT İnkişaf Proqramının xətti ilə 500 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]