Son sutkada Misirdə COVID-19 virusundan 46 nəfər ölüb
Qahirə, 1 iyun, AZƏRTAC
Mayın 31-də Misirdə COVID-19 virusundan rekord sayda - 46 ölüm faktı qeydə alınıb. Yeni növ koronavirusdan həyatını itirənlərin ümumi sayı isə 959 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed son sutka ərzində COVID-19 virusuna daha 1536 nəfərin yoluxduğunu bildirib. O əlavə edib ki, indiyədək ölkədə yeni növ koronavirusa 24 min 985 nəfər yoluxub, 6 min 37 pasiyent isə sağalıb.
Misirin Baş Naziri Mustafa Mədbuli özəl xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsinin ödənişsiz olması barədə göstəriş verib. O qeyd edib ki, xəstələrin yaxınları bu müalicə ocaqlarında qiymətlərin yüksək olmasından şikayət ediblər. Baş Nazir özəl klinikaların lazımi dərman və tibbi ləvazimatla təchiz edilməsi barədə Səhiyyə nazirinə göstəriş verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]