“SÖNMƏZ ULDUZLAR” “ƏR VƏ ARVAD” TAMAŞASINI GÖSTƏRMİŞLƏR
Üçpərdəli bu tamaşanın quruluşunu rejissor Hafiz Fətullayev vermişdir. Rolları respublikanın əməkdar artistlərii Raziyə Şirinova, Firuz Xudaverdiyev, aktyorlardan Əli Səfərov, Rəna Məlikova, Məmməd Tarixoğlu və başqaları oynamışlar.
Hafiz Fətullayev müxbirimizə demişdir ki, Şərqin bu ilk operettası 1910-cu ildən sonra Bakı teatrlarının səhnəsində çox az oynanılmışdır. Səbəbi partituranın dağınıq halda olmasıdır. Biz, demək olar, komediyanı yenidən bərpa etmişik. Əsas çətinlik musiqi partituraları ilə bağlı olmuşdur. Bu partituraların bəzilərinin sözləri yox idi. Bərpa işləri təxminən iki il vaxt aparmışdır. Bu sahədə mərhum rejissor Məmmədkamal Kazımovun, tamaşanın musiqi rəhbəri Gülşən Mirzəbəyovanın, ümumiyyətlə, bütün truppanın zəhməti xüsusi qeyd edilməlidir. Bununla bərabər, mən teatrımız adından Azərbaycan Mədəniyyət Fondunun rəhbərliyinə dərin minnətdarlığımızı bildirirəm. İnanıram ki, tamaşaçılarda xoş əhval-ruhiyyə oyadan əsər uzun müddət teatrımızın repertuarında qalacaq, bu tamaşa ilə Azərbaycanın bölgələrində, o cümlədən sərhəd zonasında, hərbi hissələrdə olacağıq.
Tamaşaya tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, yaradıcılıq təşkilatlarının rəhbərləri baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:51]
Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]