“SONUNCU REPORTAJ” DEVİZİ İLƏ SSENARİ MÜSABİQƏSİ KEÇİRİLİR
Müsabiqədə iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur. Iki səhifədən artıq olmayan sifariş bu il iyulun 15-dən oktyabrın 1-dək Mədəniyyət Nazirliyinin ümumi şöbəsinə iki zərf şəklində təqdim edilməlidir. Hər iki bağlı zərfin üzərində müəllifin seçdiyi deviz göstərilməlidir. Birində müsabiqə iştirakçısının adı, soyadı, yaşadığı ünvan və əlaqə telefonu qeyd edilməli, digərində isə sifariş olmalıdır.
Sifarişdə ssenarinin mövzusu, süjet xətti, ideyası və əsas personajları təsvir edilməlidir.
Birinci yeri tutan sifariş əsasında “Azərbaycanfilm” kinostudiyasının bazasında 2 hissəli qısametrajlı film çəkiləcək. Bu filmin çəkilməsi cari il sentyabr ayının 15-dən 22-dək keçirilən “Naməlum kino-3” festivalında qalib gələn rejissora tapşırılacaqdır.