Sorğu: latviyalılar daha çox hündürlükdən və xərçəng xəstəliyindən qorxurlar
Riqa, 22 sentyabr, AZƏRTAC
Latviyanın SKDS sorğu-tədqiqat mərkəzinin direktoru Arnis Kaktinş latviyalıların fobiyalarına dair sorğunun məlumatlarını dərc edib.
AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edənlərin 37 faizi daha çox hündürlükdən qorxduqlarını söyləyiblər. Məkanla bağlı digər qorxular arasında dərinlik qorxusu geniş yayılıb. Respondentlərin 22 faizi dərinlik, 12 faizi qapalı məkan və 11 faizi isə təyyarədən qorxur.
Sağlamlıqla bağlı bütün qorxular arasında isə respondentlərin 31 faizinin xərçəng xəstəliyinə yoluxma qorxusu üstünlük təşkil edib.
Sorğuda ümumilikdə 1005 nəfər iştirak edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]