Sorğu: Ukraynalıların əksəriyyəti müharibə dövründə prezident seçkilərinə qarşıdır
Kiyev, 20 fevral, AZƏRTAC
2024-cü ilin fevralında ukraynalıların böyük əksəriyyəti (69 faiz) hesab edir ki, Volodimir Zelenski hərbi vəziyyətin sonunadək prezident vəzifəsində qalmalıdır.
AZƏRTAC bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı sorğunun nəticələrinə istinadla xəbər verir.
Rəyi soruşulanların 15 faizi seçkilərin keçirilməsini münasib sayır, onların 4 faizi bununla bağlı hərbi vəziyyətin dayandırılmasına tərəfdardır, 11 faizi isə müvafiq qanunlara dəyişiklər edilməsi və seçkilərin hərbi vəziyyətdə keçirilməsini dəstəkləyir.
Bundan başqa, respondentlərin 10 faizinin dəstəklədiyi varianta əsasən, 2024-cü ilin mayında Zelenski bütün səlahiyyətlərini kənara qoymalı və yeni prezident seçilənədək onun vəzifəsini Ali Rada icra etməlidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]