Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı sakini saxlanılıb
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində xətt avtobuslarının birində Abşeron rayon sakini olan yeniyetmə qızın çantasından mobil telefonunu açıq talama yolu ilə götürən şəxs avtobusdan düşərək qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu zaman ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi təqib edərək saxlayıblar. Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov maddi sübut - telefonla birgə 19-cu polis şöbəsinə təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]