Stolüstü tennis üzrə ölkə kuboku yarışı keçiriləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 16-da stolüstü tennis üzrə ölkə kuboku yarışına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir. Həmçinin, perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışda şəxsi və komanda mübarizəsində qaliblər bilinəcək.
“Şüa” İdman Kompleksində keçiriləcək ölkə kuboku yarışına müxtəlif idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəbləri qatılacaqlar. Noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları və federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]