Stolüstü tennis üzrə ölkə kuboku yarışına start verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə stolüstü tennis üzrə ölkə kubokuna start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
“Şüa” İdman Kompleksində keçirilən yarışa müxtəlif idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin ümumilikdə 16 komandası qatılıb.
Dörd gün davam edəcək ölkə kubokunda tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa turnirində qalibləri müəyyənləşdirəcəklər.
Həmçinin perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışın qalibləri Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]