Stolüstü tennisçimiz beynəlxalq turnirdə üçüncü yeri tutub
Bakı, 21 sentyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turniri davam edir. İdmançılarımız bu gün iki yaş qrupunda mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, 11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı üçüncü pillədə başa vurub. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı dörddəbir final səddini də adlasa da, yarımfinalda uduzaraq üçüncü yerlə kifayətlənib.
On beş yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov onaltıdabir finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]