Stolüstü tennisçimiz Tbilisidə keçirilən beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib
Bakı, 23 sentyabr, AZƏRTAC
Stolüstü tennisçimiz Aylin Əsgərova Tbilisidə keçirilən yeniyetmələrin “WTT Youth Contender” turnirində uğurla çıxış edir.
AZƏRTAC Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçimiz qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək səkkizdəbir finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. Təmsilçimiz sabah finala vəsiqə uğrunda görüşdə Honkonq idmançısı ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova dörddəbir finalda mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]