STRASBURQDAKI “AZƏRBAYCAN EVİ” FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqdakı “Azərbaycan evi” fəaliyyətini genişləndirmək məqsədi ilə 1990-cı ildən bu şəhərdə yaradılmış Strasburqda Yaşayan Xaricilərin Koordinasiya Təşkilatına (CARES) üzv olmuşdur. Təşkilat dünyanın altı qitəsinin müxtəlif ölkələrindən 35 qurumu öz ətrafında birləşdirmişdir.
Alzas bölgəsində xarici qurumlar arasında əlaqələri genişləndirmək məqsədi ilə şəhər bələdiyyə idarəsi nəzdində yaradılmış CARES musiqi bayramlarında xüsusi yeri və yerli radioda həftəlik proqramı olan yeganə təşkilatdır. Buna görə də təşkilata üzv olmuş “Azərbaycan evi” həftədə iki dəfə radio verilişləri ilə efirə çıxmaq imkanı əldə etmişdir.
Təqdirəlayiq haldır ki, CARES-in yığıncaqlarının “Azərbaycan evi”ndə keçirilməsi qərara alınmışdır. Bu isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin təşkilatın üzvlərinə çatdırılmasına şərait yaratmışdır.
“Azərbaycan evi” Fransada sürətlə yayılmaqda olan FREE (internet+telefon+televiziya) şirkətinə Azərbaycan televiziya kanallarının bu ölkədə yayımlanması ilə bağlı müraciət etmişdir.
Hazırda Gürcüstanın iki, Ermənistanın isə bir telekanalı Fransa bazarının 25 faizini əhatə etmiş FREE şirkəti vasitəsilə yayımlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]