Sudanın silahlı müxalifətinə məxsus bank Aİ-nin sanksiyalar siyahısına salınıb
Qahirə, 19 iyul, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinə məxsus hesab etdiyi “Bənk əl-Xəlic” bankını sanksiyalar siyahısına daxil edib.
AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, Aİ adıçəkilən bankı Sudanda iqtisadi və siyasi sabitliyi pozan Çevik Dəstək Qüvvələrinə məxsus olduğunu bildirir və ona maliyyə dəstəyi verməkdə ittiham edir.
Eyni zamanda, Avropa Birliyinin sanksiyaları siyahısına salınanlar arasında “əs-Saxr əl-Əhmər” mədənləri fondu və iki şəxs də var. Bunlar da Sudanda qanlı toqquşmaların daha da genişlənməsinə səbəb olan maliyyə yardımı etməkdə ittiham edilirlər.
Qeyd edək ki, Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında iki ildən çoxdur davam edən toqquşmalar nəticəsində minlərlə insan həlak olub, 13 milyondan çox sakin didərginə və qaçqına çevrilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]