Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülh və təhlükəsizlik: Con Boltonun Azərbaycan səfərinin geosiyasi konteksti

Sülh və təhlükəsizlik: Con Boltonun Azərbaycan səfərinin geosiyasi konteksti

Ekspertlər ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən bəhs edərkən bir sıra məqamları xüsusi vurğulayırlar. Daha çox təhlükəsizlik və sülhün təmin edilməsi ilə bağlı müzakirələrin aparılacağını proqnozlaşdırırdılar. Bunlar özünü bütövlükdə doğrultdu. C.Bolton Bakıda regionda sülh və təhlükəsizliyin təmini kontekstində fikir mübadiləsi apardı. Azərbaycandan sonra isə Ermənistana getdi. Təbii ki, C.Bolton keçirdiyi mətbuat konfransında bütün detallara aydınlıq gətirmədi. Ancaq KİV-də yayılan bir sıra məqamlara əsaslanmaqla bütöv mənzərə haqqında müəyyən nəticələr çıxarmaq olar. Məhz bu çərçivədə biz Amerika Prezidentinin milli təhlükəsizlik müşavirinin Azərbaycan səfərinin geosiyasi kontekstdə analizi üzərində dayanmaq istərdik.

Bolton Dağlıq Qarabağ haqqında: bilgisizlik, yoxsa...?

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqazda ilk olaraq Azərbaycana baş çəkməsini ekspertlər təsadüfi saymırlar. Onlar bunu Amerikanın Azərbaycana verdiyi önəmin əlamətlərindən biri hesab edirlər. Vaşinqton bu regionda Bakının xüsusi geosiyasi çəkisi olduğunu və ölkə rəhbərliyinin müstəqil siyasət yeritdiyini yaxşı bilir. Bundan başqa, Azərbaycan Cənubi Qafqazın iqtisadi lideridir, o, nəhəng energetika və nəqliyyat layihələrinin aktiv iştirakçısıdır.

Bunlarla yanaşı, C.Boltonun səfərinə birbaşa aidiyyəti olan təhlükəsizlik məsələsində Azərbaycan həm də regional sabitlik modelinin təşəbbüskarıdır. Bu statusda Rusiyadan başqa heç bir postsovet ölkəsi yoxdur. Təbii ki, təhlükəsizliklə bağlı məsələdə C.Boltonun Rusiya, İran və Ermənistan faktorlarını da müzakirə edə biləcəyini proqnozlaşdırmaq olardı.

Əslində, C.Bolton öncə Rusiyaya səfər etmişdi. Moskvada o, hətta Prezident Vladimir Putinlə görüşüb. KİV-də yer alan məlumatlara görə, tərəflər bir çox məsələlərdə fikir ayrılıqlarını saxlayırlar. O cümlədən silahlanma ilə əlaqədar fərqli düşünürlər. Vaşinqton Rusiyanı orta və qısa mənzilli raketlər haqqında imzalanan sazişi pozmaqda ittiham edib. C.Bolton açıq deyib ki, onları Rusiyanın Avropada yerləşdirdiyi silahlar narahat edir.

Bununla yanaşı, tərəflər İran, Suriya və Çin məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar. Yekun olaraq konkret nəticə əldə edilməyib. Yeganə müsbət məqam isə D.Trampla V.Putinin bu ilin noyabrında Parisdə görüşməsi ilə əlaqəli olub. Bunların fonunda Rusiya KİV-ləri Qafqaz istiqamətində hansı müzakirələrin aparıldığı barədə geniş informasiya vermir. Lakin açıq hiss edilir ki, bu məsələ ciddi maraq doğurur. Buna görə də Moskva C.Boltonun Bakıda hansı məqamları önə çəkəcəyi məsələsini maraqla gözləyirdi.

Amerika rəsmisi Azərbaycan rəhbərliyi ilə keçirdiyi görüşlərdə bir sıra məsələlərə toxunub. Onların sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, İrana qarşı sanksiyalar, azadlığı müdafiə aktına 907-ci düzəliş, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri də olub. Rusiya KİV-lərinin yaydığı informasiyalara görə, İran ilə əlaqədar C.Bolton öz fikirlərini konkret ifadə edib.

Lakin ABŞ prezidentinin müşaviri ümumi səviyyədə region dövlətlərinin apardıqları siyasət haqqında daha aydın təsəvvür əldə etməyin başlıca məqsəd olduğunu da deyib. Bu məsələ əsas olaraq təhlükəsizlik və İran kontekstində diqqət mərkəzinə gətirilib. C.Bolton ifadə edib ki, onun üçün əsas olanı İrana sanksiyaları daha da gücləndirmək fonunda Azərbaycanın daha az zərər görməsini təmin etməkdən ibarətdir. Bu tezisi C.Bolton onunla əsaslandırıb ki, Azərbaycanın geosiyasi əhəmiyyəti böyükdür, çünki o, bu regionda yeganə dövlətdir ki, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu isə Bakı ilə münasibətlərə daha diqqətli və balanslı yanaşmanı tələb edir.

Başqa faktor Ermənistanın təcavüzkarlığı nəticəsində regionda yaranmış qeyri-müəyyənliklə əlaqəlidir. Vaşinqton bu münaqişənin həllini vacib sayır. C.Bolton ABŞ-ın danışıqlar yolu ilə problemin həll edilməsinə bundan sonra da böyük səy göstərəcəyini bəyan edib. Hələlik o, münaqişə barədə daha geniş informasiya almaq istədiyini deyib. Prezident İlham Əliyev müzakirələr zamanı münaqişə barədə geniş danışıb.

Lakin burada bir düşündürücü məqam mövcuddur. Məsələ ondan ibarətdir ki, Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin artıq on illərdir mövcud olan bir münaqişə haqqında geniş məlumatının olmadığı inandırıcı görünmür.

Beynəlxalq hüquq və ədalət: rəsmi Bakının iki güclü arqumenti

Eyni fikri, Con Boltonun ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907-ci düzəlişlə bağlı söylədikləri barədə də deyə bilərik. Məsələn, o, jurnalistin sualına cavab verərkən deyib: "907-ci düzəlişdən danışarkən deyərdim ki, bu, sırf Konqres tərəfindən qəbul olunmuş bir düzəlişdir. Ümumiyyətlə, ABŞ-ın icra hakimiyyətinə aidiyyəti olmayan bir məsələdir və artıq biz bunun şahidi olmuşuq ki, ABŞ-ın bir neçə prezidenti tərəfindən sözügedən düzəlişin təsir müddəti saxlanılıb. Biz də vəziyyətlərə baxaraq bu düzəlişin mövcudluğunun nə qədər uyğun olub-olmaması məsələsini nəzərdən keçirmişik. Vaxtaşırı olaraq Amerika prezidentləri sözügedən düzəlişə müvəqqəti olsa da xitam veriblər".

Bu iki məqam onu təsdiq edir ki, ABŞ Prezidentinin müşaviri heç də bütün məsələlərdə kifayət qədər səmimiyyət nümayiş etdirməyib. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton hansısa məsələlərdə Azərbaycandan güzəşt umur. Bunun işarətini də səfər öncəsi vermişdi. O, İranla münasibətlərdə Cənubi Qafqaz dövlətlərinin Vaşinqtonla məsləhətləşməli olduğunu vurğulamışdı.

Ancaq məsələyə bu cür yanaşma regionda geosiyasi mühitin sağlamlaşmasına və ABŞ-ın maraqlarının real olaraq təmin edilməsinə şərait yaradırmı? Buna inanmaq çətindir. Çünki Ermənistanın Azərbaycana təcavüz etdiyini Vaşinqton birmənalı olaraq qəbul edir. Uzun illərdir ki, bu ölkənin diplomatları münaqişənin həlli ilə sıx bağlıdırlar. Yəni problemin mahiyyətini dəqiq bilirlər.

Burada qeyri-adi və dolaşıq bir mənzərə yoxdur: Ermənistan Azərbaycan ərazisinin 20 faizini havadarlarının yardımı ilə işğal edib və oradan silahlı qüvvələrini çıxarmaq istəmir. Belə vəziyyətdə beynəlxalq aləm təcavüzkarın beynəlxalq hüququn normalarına əməl etməsini tələb etməlidir. Bunun üçün hüquqi əsas da mövcuddur: BMT Təhlükəsizlik Şurası həmin məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Azərbaycan Prezidenti daim bu məqamı dəqiqliklə vurğulayır. O cümlədən C.Boltonla görüşü zamanı İlham Əliyev münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zərurətini bir daha ifadə edib.

Əsas maneə Ermənistan rəhbərliyinin apardığı siyasətlə əlaqəlidir. İrəvan beynəlxalq təşkilatların sənədlərini, beynəlxalq hüququn norma və prinsiplərini, həmsədr dövlətlərin fikirlərini nəzərə almayaraq, öz təcavüzkar mövqeyində qalmaqdadır. Və bu vəziyyətə dolayısı ilə, müxtəlif bəhanələrlə böyük dövlətlər göz yumurlar. Onların sırasında həmsədr ölkələr də vardır.

İndi C.Bolton başqa nəyi öyrənmək arzusundadır? O, rəsmi İrəvanın da mövqeyini dinləmək istədiyini bəyan edib. Olsun. Ancaq bu cür hərəkəti C.Boltona qədər onlarla amerikan, fransız və rus diplomatlar ediblər. Ermənistan rəhbərliyinin cavabı isə eynidir: Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxmaq fikrimiz yoxdur! Üstəlik, son zamanlar baş nazir Nikol Paşinyan israr edir ki, danışıqlara Dağlıq Qarabağdakı separatçı-terrorçuların təmsilçiləri də qatılsın.

Bütün bunlar bir daha göstərir ki, böyük dövlətlər sırasında ancaq öz maraqları naminə siyasət yeritmək xəttini aparanlar mövcuddur. Onlar üçün beynəlxalq hüquq, ədalət, obyektivlik və real vəziyyət elə də əhəmiyyətli deyil. Bu anda əgər kimlərinsə məqsədləri İranı vurmaqdan ibarətdirsə və Cənubi Qafqazda yerləşən dövlətləri də bu prosesə qoşmaq niyyətləri varsa, Azərbaycan buna getməz. Azərbaycanın öz milli və dövlət maraqları vardır. Ölkə rəhbərliyi başlıca olaraq bunu nəzərə alıb, qərar qəbul edir. Prezident İlham Əliyev bütün istiqamətlərdə çox konstruktiv siyasi kurs reallaşdırır. Əsas məsələ odur ki, Azərbaycan rəhbərinin bu pozitiv, sivil, xeyirxah və demokratik addımlarına böyük dövlətlər daha aktiv dəstək versinlər. O halda Cənubi Qafqazda həll edilməmiş heç bir münaqişə qalmaz. Regional əməkdaşlıq yüksək səviyyəyə çatar və qlobal miqyasda öz müsbət təsirini göstərər. Azərbaycan sözün həqiqi mənasında regional və qlobal təhlükəsizliyin memarlarından biri kimi özünü təsdiq edə bilər!

Şübhə etmirik ki, digər siyasətçilər kimi, cənab Bolton da Prezident İlham Əliyevlə apardığı müzakirələrdən sonra bu cür fikirləşir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri çox güman ki, növbəti səfərlərində bunu nəzərə alacaq. Bu baxımdan səfər boş yerə olmayıb. Gec və ya tez bütün aparıcı siyasətçilər Azərbaycanın haqlı olduğunu qəbul edib, ona qarşı daha ədalətli davranacaqlar. Çünki Azərbaycana İlham Əliyev kimi lider rəhbərlik edir!

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir