SÜLHƏ NAİL OLMAQDA İNSAN HÜQUQLARININ ROLU ƏVƏZSİZDİR
Torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkünu olan ölkəmizdə sülh mövzusu xüsusi əhəmiyyət kəsb edir.
Bu fikri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova sentyabrın 16-da “Yaxt Klub”da 21 sentyabr - Beynəlxalq Sülh günü münasibətilə keçirilən tədbirdə səsləndirmişdir. Qeyd edilmişdir ki, bu gün Azərbaycanın haqq işini dünya ictimaiyyətinə, sülhsevər qüvvələrə çatdırmaq, nüfuzlu beynəlxalq təşkilatların diqqətini və səylərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmək ən mühüm vəzifə kimi qarşıda durur.
BMT-nin İctimai İnformasiya Departamenti Azərbaycan nümayəndəsinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva BMT-nin baş katibi Pan Gi Munun dünya xalqlarına müraciətini xatırlatmışdır. O, həmin müraciətdə sülhə nail olmaq üçün insan hüquqlarının rolunun əvəzedilməzliyinin vurğulandığını söyləmişdir. Bu il Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinin qeyd olunacağı da nəzərə çatdırılmışdır.
Sonda ombudsmanın Beynəlxalq Sülh günü münasibətilə müraciəti səsləndirilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı və BMT-nin ölkəmizdəki informasiya ofisinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq qurumların təmsilçiləri, müvafiq dövlət orqanlarının, vətəndaş cəmiyyətinin, uşaq təşkilatlarının, dini icmaların və digər qurumların mümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]