REGİONLAR
Sumqayıt Dövlət Dram Teatrı iyun ayı üçün repertuarını təqdim edib
Sumqayıt, 3 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı iyun ayına olan repertuarını açıqlayıb.
AZƏRTAC teatrın repertuar planını təqdim edir:
İyunun 5-də Reyhard Kiplingin “Öz xoşuna yaşayan pişik”;
İyunun 6-da Vilhelm Qaufun “Balacaboy yekəburun” və Fernando Arabelin “Fando və Lis”;
İyunun 12-də Abdulla Şaiqin “Qaraca qız” və Əli Əmirlinin “Sevgilim Sumqayıt”;
İyunun 13-də nağıl-tamaşa “Məlikməmməd” və Turqut Özakmanın “Ocaq”;
İyunun 19-da ərəb xalq nağılı “Əlibaba və 40 quldur” və M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah”;
İyunun 20-də Abdulla Şaiqin “Tülkü Həccə gedir” və Əziz Nesinin “Öldür məni caniko”;
İyunun 26-da nağıl-tamaşa “Ələddinin sehrli çırağı” və Ə.M.Lələdağın “Dağlarda tufan”;
İyunun 27-də Kərim Həsənovun “Sehirli yaylıq” və C.Patrikin “Qarını öldürməliyik”.
Tamaşaları teatrın rəsmi feysuk səhifəsində izləmək olar. Eyni zamanda, digər internet platformalarında da nümayiş nəzərdə tutulur.
Tamaşalar uşaqlar üçün saat 12-də və axşam saat 18-də nümayiş olunacaq.