“Sumqayıt” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Bakı, 23 avqust, AZƏRTAC
Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümündə iddialı çıxış etmək istəyən “Sumqayıt” klubu daha bir futbolçunu transfer edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, son olaraq Hollandiyanın “MMV-Maastrixt” klubunda çıxış etmiş Azərbaycan əsilli hücumçu Atilla Yıldırımla müqavilə imzalanıb. Yıldırım yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Atilla Yıldırım “MMV-Maastrixt” (29 oyun, 8 qol) klubundan başqa, “Utrext” (2 oyun, 1 qol), “Kasımpaşa” (18 oyun, 4 qol), “Konyaspor” (20 oyun, 1 qol), “Bucaspor” (17 oyun 1 qol), “Şanlıurfaspor” (7 oyun, 2 qol), “Elazığspor” (8 oyun, 1 qol), “Kocaeli Birlikspor” (12 oyun), “Sivas Bələdiyəspor” (30 oyun, 11 qol) və “Nazilli Bələdiyəspor” (18 oyun, 1 qol) klublarının şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]