“Sumqayıt” futbol klubunun üzvləri qış hazırlığını başa vuraraq Vətənə qayıdıblar
Sumqayıt, 29 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt” futbol klubu Antalyada təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb. Qış fasiləsində üç futbolçunu sınaqdan keçirən klub təbrizli müdafiəçi Peyman Keşavarzı heyətinə qatmağı planlaşdırır. Baş məşqçi Ayxan Abbasov baxışda olan futbolçularla bağlı qərarını verib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 23 yaşlı P.Keşavarz ilə 1,5 illik müqavilənin imzalanması nəzərdə tutulur. Təbrizin “Traktorsazi” klubunun yetirməsi olan futbolçu sonuncu dəfə “Qostareş Fulad” komandasında çıxış edib.
“Sumqayıt” qış fasiləsində qapıçılar - Aydın Bayramov və Rəşad Əzizlini heyətinə qatıb. Bundan başqa, “Zirə”nin müdafiəçisi Adil Nağıyevi də transfer edən “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni həmin kluba göndərib. Peyman Babayi isə İranın “Maşınsazi” klubundan icarəyə götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]