SUMQAYIT HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdə R.Süleymanoğlu tarix boyu çarizmin xəyanətkar erməni qaragüruhundan və daşnaklarından xalqımıza qarşı süngü kimi istifadə etdiyini xatırlatmış, 1988-ci ilin fevral hadisələrini keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının rəhbərliyi ilə məhz bu qüvvələrin törətdiyini bildirmişdir. Hadisələrin canlı şahidi olmuş jurnalist 18 il əvvəl baş vermiş təxribatın təşkilatçılarının Sumqayıtda iğtişaşlar törətmək üçün süni şərait yaratdıqlarını, Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən (əsasən, ermənilərdən) ibarət təxribatçı qrupların əhali arasında yerləşdirildiyini qeyd etmişdir.
R.Süleymanoğlu, uzun illər günahsız olaraq həbsdə yatmış vətəndaşlarımıza bəraət verilməsinin və bu hadisələr barədə əsil həqiqətin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasının zəruriliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:33]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]