Sumqayıt kimyaçıları növbəti payız iməciliyində
Sumqayıt, 18 noyabr, AZƏRTAC
Sumqayıt şəhərində növbəti iməcilik keçirilib.
AZƏRTAC xəbər verir ki, iməcilikdə “Azərikimya” İstehsalat Birliyinin, Etilen-Polietilen Zavodunun və Təmir-Tikinti İdarəsinin 500-dək, “Azəriqaz” İstehsalat Birliyinin isə 80 nəfər işçisi iştirak edib.
Yüksək həmrəylik şəraitində keçən iməcilik zamanı Etilen-Polietilen Zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış 4 hektarlıq ərazidə 1000 ədəd Şərq çinarı, nar, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilanar, badam və xurma ağacları əkilib.
Həmçinin kimyaçılar tərəfindən şəhərin Səməd Vurğun küçəsi boyunca uzanan yolun hər iki tərəfində ötənilki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]