“Sumqayıt” klubu 9 oyundan sonra Premyer Liqada qələbə qazanıb
Bakı, 10 mart, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində qolları Roy Kehat (2) və Nihad Əhmədzadə vurublar. Bununla da komanda 9 oyundan sonra ölkə çempionatında qələbə qazanıb.
Bu nəticədən sonra “Sumqayıt” 25 xalla 8-ci, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura saat 19:30-da başlayacaq “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq. XXVI turun əvvəlki oyunlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]