SUMQAYIT ŞAHMATÇISI MİSRƏTDİN İSGƏNDƏROV OLİMPİADA ÇEMPİONU OLMUŞDUR
Bakı, 16 iyul (AZƏRTAC). Sumqayıt şahmatçısı Misrətdin İsgəndərov Zaqatalada uşaqlar arasında keçirilən şahmat olimpiadasının qalibi adını qazanmışdır.
On bir görüşdən 10 xal toplamış qalib turnirdə ən yüksək nəticə göstərmişdir. Murad Quliyev (Bakı) və Səid Allahyarov (Göyçay) 9 xalla uyğun olaraq 2-3-cü yerləri tutmuşlar.
Komanda birinciliyində isə Bakı şahmatçıları rəqiblərini geridə qoyaraq 34,5 xalla 1-ci pilləyə yüksəlmişlər. Quba və Sumqayıt təmsilçiləri hərəyə 32 xalla 2-3-cü yerləru bölmüşlər.
Turnirdə respublikanın 45 rayonundan 340 şahmatçı iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]