“Sumqayıt” və “Zirə” klubları futbolçu dəyişikliyi ilə bağlı razılığa gəliblər
Sumqayıt, 27 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” və “Zirə” klubları futbolçu yerdəyişməsinə dair razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, əvəzləmə prosesi dekabrın 27-də rəsmən həyata keçiriləcək. “Zirə” mərkəz müdafiəçisi Adil Nağıyevin əvəzinə “Sumqayıt”da eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edəcək.
Qəsəbə təmsilçisinin hazırkı baş məşqçisi Samir Abasov ötən mövsüm “Sumqayıt”a rəhbərlik edib. Onun "gənclik şəhəri" təmsilçisindəki həmkarı Ayxan Abbasov isə “Zirə”dən bu ilin avqustunda ayrılıb. Dəyişikliyin əsas səbəbi hər iki mütəxəssisin potensialına daha yaxşı bələd olduqları oyunçunu öz heyətlərində görmək istəyidir.
Qeyd edək ki, daha əvvəl “Sumqayıt” “Neftçi”dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]