SUMQAYITDA FƏNN OLİMPİADASI
Təhsil şöbəsinin müdiri Vidadi Bağırov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, olimpiada məktəb proqramının 10 fənni üzrə iki mərhələdə keçiriləcək, qaliblər respublika olimpiadasında iştirak hüququ qazanacaqlar. Birinci mərhələdə şəhərin orta məktəblərinin və Turqut Özal adına özəl türk liseyinin 800-ə yaxın şagirdi iştirak edir. Bu mərhələnin qalibləri gələn il yanvarın ilk bazar günü keçiriləcək ikinci mərhələdə yarışacaqlar. Onların biliklərini Sumqayıt Dövlət Universitetinin, habelə “Qafqaz”, “Xəzər” və digər universitetlərin professor-müəllimlərindən ibarət nüfuzlu komissiya qiymətləndirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]