SUMQAYITDA YOL-NƏQLİYYAT QƏZASI
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıtda şəhər sakini Səbuhi Abbasovun idarə etdiyi “VAZ-21011” markalı və həmyerlisi Zabil Orucovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə, S.Abbasovun sərnişinlərindən Sumqayıt şəhər sakini Ramil Əbilov hadisə yerində keçinmiş, sürücü özü və digər sərnişinləri Elnur Əliyev və Ağa Nəcəfov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Yaralananlarin vəziyyəti qənaətbəxşdir.