Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suqovuşan zəfərinin yaşatdıqları

Suqovuşan zəfərinin yaşatdıqları

Bakı, 4 oktyabr, AZƏRTAC

Suqovuşan! Artıq burada yalnız su qovuşmur! Ömür ömrə qovuşur, qan qana qovuşur, torpaq torpağa qovuşur Suqovuşanda!

Suqovuşan öz doğma ruhuna, doğma sakinlərinə qovuşur! Bu tarixi görüşməni yaşadığımız üçün çox xoşbəxtik! Bu xoşbəxtliyi bizə yaşadan ordumuza, dövlətimizə və dövlət başçımıza minnətdarıq!

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təqdim etdiyi “Suqovuşan zəfərinin yaşatdıqları” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Dünən gecə Ali Baş Komandanımız xalqımıza qələbə müjdələri verdi: öncə Suqovuşan, ardınca da Talış (Tərtər), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycuq (Cəbrayıl), Aşağı Əbdürrəhmanlı (Füzuli) kəndləri! Ön cəbhədə yeni çatışmaların başladığı 27 sentyabrda isə Müdafiə naziri Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandana azad olunan ilk yaşayış məntəqələrimiz və strateji önəm daşıyan yüksəkliklər barədə məlumat vermişdi. Beləliklə, 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımıza, 1 həftədən də qısa müddət ərzində başlatdığımız zəfər yürüşü uğurla davam edir!

Bu günsə Ali Baş Komandanımız Cəbrayıl şəhərimizin azad edildiyini elan etdi. Bu həm dünənki qurtuluşların parlaq davamı, həm də hadisələrin mümkün inkişaf tempini, hər açılan sabaha sarsılmaz inamımızı təcalla etdirir! Təlaş içində sağa-sola saldıran düşmən, bu gün Gəncəyə, Beyləqana raket atmaqla düşdüyü girdabı göstərmiş oldu! - Öz qanlı əməlində boğulmaq yolunu, daha doğrusu, yolsuzluğunu bir özünə təmin etmiş oldu!

Ali Baş Komandanına, dövlətinə, ordusuna inam xalqın fərdləri, heç də hər ölkədə, hər xalqda rastlanmayan böyük coşqu ilə qələbənin təminində öz töhfəsini vermək üçün can atır.

Suqovuşan və digər azad edilən ərazilərimizin, özəlliklə Arazboyu, Xudafərin yerləşdiyi Cəbrayılın strateji önəmi barədə hərbçilərimizin, ekspertlərin rəyləri ilə tanış olduqca, təkzibedilməz şəkildə görünür ki, “hüququndan keçən əsgər”lərimiz tarix yazır. Ələ keçirilən düşmən döyüş bayraqları, çoxsaylı silah-sursat, hərbi texnika göstərir ki, düşmən öz hərbçi namusunu hifz etmək iqtidarında deyil. Görürük ki, azad olunan yerlər kilid nöqtələrə malikdir və digər - daha böyük ərazilərimizin azad olunması üçün fövqəladə əhəmiyyət daşıyır. Digər yandan, cəbhənin gerisindəki mülki əhalimizin düşmən atəşindən daha etibarlı müdafiəsi imkanları genişlənir; habelə düşmənin döyüş ruhunun haqq etdikləri şəkildə sıfırlanması prosesi güclənir.

Artıq Ermənistanda ermənistanlılıq qalmayacağı gün uzaqda deyil. Bu aqibəti haqsızlıqla, soyqırımı aktları törədə-törədə illərlə onlar özləri yaratdı; Ermənistan sülhə gəlməyərək, hətta bizi daha yeni torpaqların işğalı ilə hədələyərək, bizə hərbdən başqa seçənək qoymadı! Onsuz da kövrək xarakterli olan atəşkəs rejimini az qala hər gün pozan Ermənistan silahlı qüvvələri, öz təcavüzkarlığını “guya demokrat” Paşinyanın səbatsız davranışları ilə tamamlayaraq, bu il özəlliklə daha sıx-sıx hücumlar, təxribatlar törətməkdəydi. İyulda Tovuzda sərhəd toqquşması, avqustda Goranboyda diversiya-kəşfiyyat həmləsi, nəhayət, sentyabrda işğal altındakı Qarabağ torpaqlarından genişmiqyaslı hücum və hərbi təxribatlarla danışıq, sülh anlayışının onlar üçün əyləncə, başqatma vasitəsi olduğunu bir daha sübut etdilər. Bununla da, bizim əks-həmləmiz, bütün cəbhəboyu güclü hücumumuz qaçılmaz oldu.

İndi danışıqlardan, sülhdən danışmaq Ermənistan üçün əyləncə mövzusu olmayacaq, artıq buna həyati ehtiyacları var. İlk prezidentləri Petrosyanın illər öncə dediyi “sonralar yalvaracağımız şərtlərə indi razı olmalıyıq” şəklindəki açıqlamalarını Ermənistan başbilənlərinin indilərdə xatırlayıb-xatırlamadığını deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, cəbhədə yeni situasiya yaranıb; artıq heç nə öncəki kimi olmayacaq. Bizim uzunmüddətli dözümümüzdən, beynəlxalq hüquqa çağırışlarımızdan nəticə çıxarmağa qabiliyyəti çatmayan, özlərini “keçilməz sədd”lərə, “qalib tərəf üstünlüyü”nə inandıran Ermənistan tərəfi, indi buyursun, düşünmək üçün nə qədər qiymətli vaxt və digər şanslar itirdiyini yaxşı-yaxşı hesablasın.

Ermənistan sanki həmişə erməniyanlı olacağına inandıqları beynəlxalq konyunkturaya, havadar dəstəyinə, erməni diaspor və lobbi güclərinin maddi və digər dəstəklərinə bel bağlayırdı; bizlər haqqın nazilsə də üzülmədiyinə, ədalətin qələbəsinə inanır, haqlı mövqeyimizə, öz daxili gücümüzə arxalanırdıq. Budur, Ermənistan hakimiyyəti, “ictimai-siyasi fikir mərkəzləri” bizləri gücsüz, arxasız, sadəlövh hesab etməkdən nəhayət usanmış olmalıdır...

Biz dövlət olaraq, xalq və ölkə olaraq hər zaman məhz haqq-ədalətin zəfərinə inandıq; beynəlxalq hüququn təntənəsinə inandıq; öz gücümüzə arxalandıq və əlbəttə, zəfər üçün hazırlaşdıq! İstərdim, özəlliklə vurğulayaq ki, bu gün ön cəbhədə qazandıqlarımız arxa cəbhədə illər uzunu qazandığımız iqtisadi gücün bəhrəsidir həm də! Həm də, beynəlxalq səviyyədə aparılan işin bəhrəsidir bu! Dövlət-xalq birliyinin bəhrəsidir ki, bu gün meyvələrini dəririk. Son illər ərzindəki hərtərəfli islahatlar kursunun da bu işdə özünəməxsus rolu var. Əlbəttə, ən başda haqlı olmağımızın və bu haqlılığın dövlət, ordu gücü ilə ifadəsi, təcallasıdır bu gün yaşadığımız qürur!

Bir daha Ali Baş Komandanımızı, bütün ordu mənsublarımızı - generallarımızı, zabitlərimizi, gizir, çavuş və əsgərlərimizi, şəhid ailələrimizi ürəkdən təbrik edib, yeni qələbələrə sarsılmaz inamımızı ifadə etmək istərdim! Yaralı hərbçilərimizə, mülki vətəndaşlarımıza tezliklə öz sağlamlıqlarına qovuşmalarını diləyir, şəhidlərimizin ruhuna dərin ehtiramımı bildirirəm!

Əziz gənclərimizi, ümumən xalqımızı, Azərbaycansevərlərin hər birini İlham Əliyevin Cəbrayılın azad edilməsi münasibəti ilə xalqa müraciətini təkrar dinləməyə, öyrənməyə çağırıram - Bu, günümüzün güzgüsüdür!

Bizim işimiz haqq işidir, biz mütləq qalib gələcəyik!

Dövlətimiz var olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB